Azərbaycan Deflimpiya Komitəsi və "Karlara Dəstək" İB arasında Memorandum imzalanıb.

Azərbaycan Deflimpiya Komitəsi və "Karlara Dəstək" İctimai Birliyi arasında Memorandum imzalanıb.
Komitə eşitmə məhdudiyyətli şəxslər üçün əlçatan və sağlam idman mühitinin formalaşdırılması, idman tədbirlərinin təşkili və ictimaiyyətə təbliği, eşitmə məhdudiyyətli şəxslərin, həmçinin bu kateqoriyadan olan idmançıların bacarıqlarının artırılması məqsədilə İctimai Birliklə əməkdaşlıq və tərəfdaşlıq edəcək.
Memorandum Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin Prezidenti Anar Bayramov və “Karlara Dəstək” İB-nin İdarə Heyətinin sədri Kamran Abasov tərəfindən imzalanıb.

23.03.2024