Bizim haqqında

Abasov Kamran Nazim oğlu

Təvəllüd:
3 oktyabr 1973-cü il Bakı ş.
Təhsil
1980-1985-cı illərdə Moskvanın Elmi-tədqiqat institutunun defektologiya məktəbində təhsil almış. 1986-1989-cu ilərdə təhsilini Bakıdakı 41 nömrəli orta məktəbdə davam etdirib və bitirib.1990-1994-cü ildə A. Əzim-zadə adına İncəsənət Kollecini “Heykəltəraşlıq” fakültəsini bitirib.
 İş
1992 - 2000 - Azərbaycan Karlar Cəmiyyəti Mədəniyyət Evində rəssam
1994 - Respublika Sarayı (Heydər Əliyev Saray)-rəssam
1995 - 2000 - Bakı zərgərlik fabriki, dizayner-zərgər
1998 - 1999 – “Rus Daşları” Zərgərlik Zavodu, Sankt-Peterburq
2000-2005 – Rusiya Karlar Futbol İttifaqının üzvü, Moskva
2001 – 2018 – “Səsin Dünyası” Karların İnkişafına Yardım Cəmiyyəti
2001 - 2003 "Elkovit" zərgərlik şirkəti, Moskva
2013 - 2014 Heydər Əliyev adına sarayın müdir müavini yardımçısı.
2013 - Azərbaycan Karlar Cəmiyyəti, Beynəlxalq əlaqələr şöbəsinin müdiri
2018 – “Karlara Dəstək” İctimai Birliyində sədr
Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya üzrə BMT Komitəsinin 2013-cü ilin sentyabrında keçirilən 10-cu iclasında, əlilliyi olan şəxslərdən ibarət Azərbaycan nümayəndə heyətinin tərkibində Cenevrədə (İsveçrə) Əlillərin hüquqları haqqında Konvensiyanın paralel hesabatının hazırlanmasında iştirak etmişdir. Əlillərin Hüquqları Komitəsinin 11-ci iclasında 31 mart-2 aprel 2014-cü il tarixlərində Cenevrədə Azərbaycan Əlillər Təşkilatının nümayəndə heyətində iştirak etmişdir.
Ailəlidir, bir qızı var.